AZ

Merts: ABŞ Avropa İttifaqı ilə gömrük rüsumlarına dair simmetrik razılaşmaya hazır deyil

Almaniyanın kansleri Fridrix Merts bəyan edib ki, ABŞ Avropa İttifaqı (Aİ) ilə gömrük rüsumları üzrə simmetrik razılaşma imzalamağa hazır deyil.

APA xəbər verir ki, Merts bu barədə Berlində Norveçin Baş naziri Yonas Qar Störe ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Almaniya kanslerinin sözlərinə görə, Avropa tərəfi bazara gömrük rüsumları olmadan açıq çıxış təklif edir.

O, tərəflər arasında gömrük məsələlərinə dair danışıqların çox intensiv şəkildə aparıldığını qeyd edib.

"Avropa Komissiyası bütün Avropa adından danışıqlar aparır və bizə bütün qitəni əhatə edən bir razılaşma lazımdır", – deyə Almaniya hökumətinin başçısı əlavə edib.

Seçilən
62
50
apa.az

10Mənbələr