AZ

Ukraynaya dəstəyi gücləndirmək... - Rutte

NATO-nun Baş katibi Mark Rutte alyansın müdafiə nazirlərini Ukrayna üçün ABŞ silahlarının alışını artırmağa çağırıb.

Bu barədə NATO-nun mətbuat xidməti Mark Rutte ilə Ukrayna üzrə təmas qrupu arasında videoformatda keçirilən görüşün yekunlarına dair məlumat yayıb.

“Müdafiə nazirləri qarşısında çıxış edən Baş katib ABŞ Prezidenti Donald Trampla birlikdə keçən həftə Kanada və Avropadakı müttəfiqlərin investisiyaları vasitəsilə Ukraynaya ABŞ-nin yeni hərbi imkanlarını təmin etməklə Ukraynaya dəstəyi gücləndirmək təşəbbüsünə diqqət çəkib”, - məlumatda deyilir.

Ruttenin sözlərinə görə, ABŞ-dən silah alışının genişləndirilməsi NATO ölkələrinə alyansın iyunda Haaqada keçirilən sammitində qarşıya qoyulan üç vəzifəni eyni vaxtda yerinə yetirməyə imkan verəcək: hərbi xərcləri artırmaq, silah istehsalını genişləndirmək və Ukraynaya dəstəyi davam etdirmək.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp bundan sonra Ukraynaya pulsuz silah tədarük etməyəcəklərini söyləyib. Onun sözlərinə görə, silahlar indi kommersiya əsasında veriləcək və ödənişi avropalı müttəfiqlər və Kanada öz üzərinə götürməli olacaq.

"Cebheinfo.az" 

Seçilən
33
50
cebheinfo.az

10Mənbələr