AZ

NATO-dan Ukrayna üçün daha çox silah çağırışı

NATO-dan Ukrayna üçün daha çox silah çağırışı

NATO-nun baş katibi Mark Rutte Ukrayna üzrə təmas qrupunun video görüşündə blokun müdafiə nazirlərini ABŞ-dan Ukrayna üçün daha çox silah almağa çağırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə görüşün yekunlarına əsasən NATO-nun mətbuat xidməti məlumat yayıb.

“Müdafiə nazirləri qarşısında çıxış edən baş katib ABŞ prezidenti Donald Trampla ötən həftə Kanada və Avropadakı müttəfiqlərin sərmayələri hesabına ABŞ-ın Ukraynaya yeni hərbi imkanlar verməklə Ukraynaya dəstəyi gücləndirmək təşəbbüsünə diqqət çəkib”, - deyə mətbuat xidmətinin açıqlamasında bildirilir.

Rutte onu da qeyd edib ki, NATO ölkələri Ukrayna üçün ABŞ-dan daha çox silah almaqla 24-25 iyunda Haaqada alyansın sammitində qarşıya qoyulan üç vəzifəni yerinə yetirməyə başlaya biləcəklər: hərbi xərcləri artırmaq, hərbi istehsalı artırmaq və Ukraynaya dəstək.

Seçilən
34
50
afn.az

10Mənbələr