ain.az, 525.az portalına istinadən məlumat verir.
Almaniya və ABŞ Ukraynaya iki “Patriot” zenit-raket kompleksinin təhvil verilməsinə dair saziş bağlamağa yaxındır.
525.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Anlaşma o deməkdir ki, Berlin öz ehtiyatlarından Kiyevə iki “Patriot” batareyası göndərəcək və ABŞ prezidenti Donald Trampın administrasiyası silahların sənaye ehtiyatları ilə əvəzlənməsinə razılıq verəcək”, - agentlik yazıb.
Məqalədə, həmçinin Almaniyanın müdafiə naziri Boris Pistoriusun Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn formatı) onlayn iclasında ABŞ-la danışıqların təfərrüatlarına varmadan, Berlinin öz töhfəsini verəcəyini, Ukraynaya mümkün qədər tez ümumilikdə beş “Patriot” sistemini göndərəcəyinə dair fikirəri xatırladılıb.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.