AzVision.az bildirir ki, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli belə bəyanat verib.
“Amerikalıların noyabrda səs verdiyi Donald Tramp ABŞ-ni sağlam düşüncə siyasətinə tamamilə zidd olan qeyri-mütərəqqi, bölücü mədəni və sosial təşəbbüsləridəstəkləyən UNESKO-dan çıxarmaq qərarına gəlib”,- xanım Kelli “New York Post (NYP)” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ administrasiyası UNESKO-nun müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasəti ilə razılaşmır, təşkilatı“Fələstin və Çin tərəfdarı” hisslərinə görə qərəzli hesab edir.
Ağ Evə qayıtdıqdan qısa müddət sonra Tramp UNESKO-da davamlı iştirakın məqsədəuyğun olmasını öyrənmək üçün 90 günlük araşdırma aparmağa göstəriş verdi. Səlahiyyətlilər xüsusilə “UNESCO-nun ABŞ-nin maraqlarını necə dəstəlklədiyini və ümumiyyətlə dəstəkləyib-dəstəkləmədiyini” qiymətləndirməli idi.
Həmin vaxt da o, BMT-nin digər iki təşkilatının - İnsan Hüquqları Şurası və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) “diqqətlə nəzərdən keçirilməyə” layiq olduğunu bildirdi. Fevral ayında Tramp ABŞ-nin İsrailə qarşı “qərəzli mövqeyinə” görə tənqid etdiyi BMT-nin İnsan Hüquqları üzrə Komissarlığından çıxlması barədə sərəncam imzalayıb.
May ayında isə ABŞ prezidenti ölkənin 2026-cı maliyyə ili üçün büdcə təklifində BMT agentliklərinə, o cümlədən UNESKO-ya könüllü töhfələrin və təşkilatın müntəzəm büdcəsinin dayandırılmasını təklif edib.
Dövlət departamentinin mətbuat xidmətindən verilən açıqlamaya görə, ABŞ-nin UNESKO-dan çıxması 2026-cı il dekabrın 31-də baş tutacaq.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta