BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanda milli mətbuatın yaranmasının 150 ili tamam olur. Amma bu peşə bayramını bəziləri uzaqda, bəziləri həbsdə qarşılayır.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
1875- ci il iyulun 22-də Həsən bəy Zərdabi ilk dəfə ana dilində qəzet çıxartdı və bu qəzeti "Əkinçi" adlandırdı.
"Əkinçi"nin səpdiyi toxum tutdu: ana dilində qəzetlər açılmağa başladı.
1918-ci ilin müstəqilliyində milli mətbuata yeni nəfəs gəlsə də, bu çox çəkmədi.
70 illik sovet hakimiyyəti boyu bir rəngli, təbliğat maşını olan mətbuat xalqdan daha çox hakimiyyətə yaxın oldu ta ötən əsrin 90-cı illərinə qədər…
Azərbaycanın mətbuat tarixinin bəlkə də qızıl dövrü kimi xatırlanacaq bu illərdə demokratik, hakimiyyət nəzarətindən uzaq, yaradıcı, tənqidi bir media yarana bilmişdi.
Amma siyasi-iqtisadi təzyiqlər getdikcə tənqidi medianın çevrəsini daraltdı.
Və indi, 2025-ci ilin iyulun 22-də Azərbaycanda peşə bayramını 25-dən çox jurnalist həbsdə qarşılayır.
Bu, Cənubi Qafqazda ən yüksək rəqəmdir.
Azərbaycanın 30 illik müstəqillik dövründə heç vaxt bu qədər jurnalist eyni vaxtda həbsdə olmayıb. Onlarla jurnalist mühacirətə getməyə məcbur qalıb.
Ölkədə, demək olar ki, bəzi xarici media orqanlarının ofisi ya bağlanıb, ya da əməkdaşlarının akkreditasiyası ləğv edilib. O cümlədən, hökumət BBC Azərbaycanca-nın Bakıdakı ofisini bağlayıb.
Medianın bu vəziyyəti Azərbaycanın qeyri-demokratik ölkə imicini yaradır.
Hərçənd Azərbaycan hakimiyyəti hesab edir ki, ölkədə mətbuat azaddır, jurnalislərin həbsini isə qanun pozuntuları ilə izah edir.
Prezidenti İlham Əliyev Azərbaycan mediasının inkişafının onu sevindirdiyini deyib.