BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brigitte Makron, amerikalı bloqçunu məhkəməyə verib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Cütlük Birləşmiş Ştatlarda yaşayan sağçı, sosial media bloqçusu Candace Owensə qarşı böhtan iddiası qaldırıblar.
Candace Owens iddia edib ki, Brigitte Makron əslində kişi olaraq dünyaya gəlib.
İddiaya görə guya onun adı "Jean-Michel Troqnyö"dür.
Bu ad isə əslində Brigitte Makronun böyük qardaşına aiddir.
Fransa Prezidenti ailəsi məhkəmə iddiasında bildirir ki, Owens "uydurma, böhtan xarakterli və təhqiredici" qəsd nəzəriyyələrini yayaraq onların nüfuzuna zərər vurub.
Owens isə bu iddiaların arxasında dayanır və deyir ki, "Bu məhkəmə işi tamamilə absurddur. Bu, çarəsiz bir PR taktikasıdır."
Owens öz fikirlərini podkastlarında və sosial mediada xüsusilə X platformasında 7 milyona yaxın izləyicisi ilə paylaşır.
Makronlar isə deyir ki, Owens-ə dəfələrlə sözlərini geri çəkməsi üçün fürsət verilib, lakin o, imtina edib.
Video açılmırsa, Youtube kanalımızda baxın.