AZ

İşğal dövründə 52 faydalı qazıntı yatağı ekoloji normalardan kənar istismar olunub - Vüqar Kərimov

Bakı.Trend:

İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismaraməruz qalıb.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikası ekologiya və təbiisərvətlər nazirinin müavini Vüqar Kərimov Naxçıvan şəhərindəkeçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

O qeyd edib ki, həyata keçirilən geoloji axtarış-kəşfiyyatişləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalıqazıntı yatağı qeydiyyata alınıb:

"2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlısəhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezidentİlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın30 illik həsrətinə son qoyuldu.
İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-siheç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruzqalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdəbərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesininpotensialının genişləndirilməsinə zəmin yaradıb".

V.Kərimov bildirib ki, bu gün Forumun məhz Naxçıvandakeçirilməsi təsadüfi deyil:

"Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən zəngin geolojistrukturuna malik bölgələrindən biridir. Burada yüzlərlə faydalıqazıntı yataqları – qızıl, gümüş, mis, duz, mərmər, gil, mineralsular, tikinti materialları və s. mövcuddur. Bölgənin geolojiaraşdırma tarixi 20-ci əsrin əvvəllərinə qədər gedib çıxır.

Naxçıvan həm də öz iqtisadi müstəqilliyini qoruya bilmiş,ekoloji baxımdan dayanıqlı inkişaf modelini seçmiş və mədənçiliksahəsində ciddi təcrübə toplamış bir regiondur. Bu regiondadağ-mədən sektoruna sərmayə qoyuluşu həm yerli, həm də xariciinvestorlar üçün geniş imkanlar vəd edir".

Seçilən
98
4
az.trend.az

5Mənbələr