AZ

UEFA reytinqi: Azərbaycan üçün 0,875 əmsal!

Avrokuboklarda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan UEFA reytinqindəki əmsallarını artırsa da, yerində sayıb.

Bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub. Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb. Belə ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyada “Şelburn”u 3:0 hesabıyla məğlub edib. Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində isə “Sabah” Moldovada “Petrokub”a (2:0), “Araz-Naxçıvan” Bakıda Yunanıstanın “Aris” komandasına (2:1) qalib gəlib. Bu turnirdəki üçüncü təmsilçimiz “Zirə” evdə “Hayduk”un (Xorvatiya) müqavimətini qıra bilməyib – 1:1.

Bu nəticələrdən sonra hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb.

Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (94,839) başçılıq edir. İtaliya (84,374) ikinci, İspaniya (78,703) üçüncü, Almaniya (74,545) dördüncü, Fransa isə (67,748) beşincidir.

Seçilən
111
5
arena.az

10Mənbələr