AZ

“Araz-Naxçıvan” və “Sabah”ın reytinqə nə faydası?

Konfrans Liqasının təsnifat mərhələsində “Araz-Naxçıvan” və “Sabah”ın son oyunları ölkəyə UEFA reytinqində daha çox xal qazandırıb.

Sportinfo.az xəbər verir ki, 2-ci turun ilk görüşlərində “Araz-Naxçıvan” evdə Yunanıstanın “Aris” klubuna (2:1), “Sabah” isə səfərdə Moldovanın “Petrokub” klubuna (2:0) qalib gəlib.

Bunun sayəsində hər komanda 0,250 xal qazanıb. Beləliklə, Azərbaycanın 18,125 xalı var və yenə də 29-cu yerdədir.

Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb.

Seçilən
100
49
sportinfo.az

10Mənbələr