AZ

Basketbol millimiz Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 final matçına çıxır

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, yığmamız bu raundda Çinlə qarşılaşcaq.

Matç saat 16:00-da start götürəcək.

Dünya Qadın Seriyası
1/4 final
27 iyul

16:00 Çin - Azərbaycan

Qeyd edək ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma qrupda keçirdiyi matçlarda Çexiyaya 20:12, Slovakiyaya 21:8 hesabı ilə qalib gəlib. Son oyundakı qələbə sayəsində basketbolçularımız qrup lideri kimi 1/4 finala yüksəliblər.

İdman.biz

Seçilən
71
6
idman.biz

9Mənbələr