AZ

3x3 qadın millimiz Sumqayıt mərhələsinin çempionu oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasının Sumqayıt mərhələsində çempion olub.

Operativ Media xəbər verir ki, milli komandamız həlledici görüşdə Latviyanı 15:12 hesabı ilə məğlub edib. Beləliklə, yığma Dünya Seriyasının Sumqayıt mərhələsində çempion olub.

Xatırladaq ki, qızlarımız yarımfinalda "Rapid"i (Buxarest) 21:15 hesabı ilə məğlub etmiş, 1/4 finalda Çinə 18:12 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlubiyyətə uğradıb.

Seçilən
63
6
operativmedia.az

9Mənbələr