İyulun 28-də saat 11 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Viral.az/” target=”_blank”>Viral.az–a bildirib ki, yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov saxlanılıb. Həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunverciviliyə uyğun tədbir görülüb.