AZ

“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı açıqlanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrokub”la (Moldova) qarşılaşacaq "Sabah" oyununa 3000 bilet satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.

Seçilən
16
3
bakivaxti.az

10Mənbələr