Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində iyulun 27-də qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi, 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.