AZ

“Arda” Hüseynovu oynatdı

Azərbaycan millisinin müdafiəçi Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 2-ci tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda evdə “Lokomotiv”lə (Sofiya) qarşılaşıb.

Matç 1:1 hesabı ilə yekunlaşıb.

Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.

“Arda” hazırda turnir cədvəlində 1 xalla 13-cüdür.

Seçilən
47
21
sportinfo.az

10Mənbələr