AZ

Dünya çempionu Qətərin 2-ci liqa klubuna keçdi

style='margin-bottom:10px;'>

“Bavariya”nın "Atletik"in sabiq futbolçusu Xavi Martinesin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Qətərin 2-ci liqa təmsilçisi “Əl-Biddə”yə transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ildən "Qətər" klubunda oynayan futbolçu yeni komandasına azad agent statusunda keçib.

Qeyd edək ki, Xavi Martines 2006-2012-ci illərdə "Atletik"də, 2012-2021-ci illərdə isə "Bavariya"da çıxış edib.

İspaniyanın əsas millisində də oynamış futbolçu bu komanda ilə dünya (2010) və Avropa çempionu (2012) adını qazanıb.

 

Seçilən
42
5
teleqraf.com

6Mənbələr