“Bavariya” və “Atletik”in sabiq futbolçusu Xavi Martinesin yeni klubu bəlli olub.
Msport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Qətərin II Liqa təmsilçisi “Əl-Biddə”yə transfer olunub.
2021-ci ildən “Qətər” klubunda oynayan futbolçu yeni komandasına azad agent statusunda keçib. Xavi Martines 2006-2012-ci illərdə “Atletik”də, 2012-2021-ci illərdə isə “Bavariya”da çıxış edib.
Qeyd edək ki, İspaniyanın əsas millisində də oynamış futbolçu bu komanda ilə dünya (2010) və Avropa çempionu (2012) adını qazanıb.