AZ

"Bəsic" komandiri məsciddə öldürüldü

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində SEPAH-a bağlı yarımhərbi "Bəsic" qruplaşmasının (Könüllülər ordusu) bölgə komandiri öldürülüb.

Bakupost.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Qüds Regional Qərargahı məlumat yayıb.

Məlumatda hadisə "terror aktı" kimi qiymətləndirilib. Bildirilir ki, Cavad Kərimkoşte İmam Hadi məscidində "ibadət edənlərin təhlükəsizliyini təmin etmək" missiyası zamanı öldürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
2
www.bakupost.az

8Mənbələr