AZ

Ermənistan Prezidenti: Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi - red.) sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb.

Operativ Media xəbər verir ki, o, bunu Sünikdə keçirilən görüşdə bildirib.

"Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - V.Xaçaturyan vurğulayıb.

Seçilən
17
12
operativmedia.az

10Mənbələr