Bu gün "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Aris"in qonağı olacaq.
Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisi evdə 2:1 hesabı ilə yendiyi Yunanıstan komandası ilə səfər matçında da uğur qazanaraq mərhələ adlamağa çalışacaq.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
31 iyul
21:15. "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" (Azərbaycan)
Saloniki. "Kleantis Vikelidis" stadionu.