Bu ilin yanvar-iyun aylarında ölkənin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 15,5 min ton emal edilməmiş metallar (qurğuşun, alüminium, sink, nikel və s.) istehsal edilib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bildirilib ki, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 14,8 faiz və ya 2 min ton artıb.
İyul ayının 1-nə hazır məhsul ehtiyatı 6,9 min ton təşkil edib.