UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan" bu gün Yunanıstanda "Aris"in qonağıdır.
Offsideplus.az xəbər verir ki, cavab oyunu çərçivəsində keçiriləcək matç Bakı vaxtı ilə 22:15-də start götürəcək. İlk oyunda Elmar Baxşıyevin komandası 2:1 hesabı ilə qalib gəlib.
"Araz-Naxçıvan" "Aris" səddini keçərsə, növbəti rəqibi “Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan) cütünün qalibi olacaq.
31 iyul
Konfrans Liqası, II təsnifat mərhələsi, cavab oyunu
22:15. “Aris” (Yunanıstan) - “Araz Naxçıvan” (Azərbaycan)
Baş hakim: David Dikinson (Şotlandiya)
Saloniki. "Kleantis Vikelidis" stadionu
İlk oyun – 1:2