AZ

"Dövlət hansı haqla aylıq abunə haqqı istəyir?" - sabit elektrik tarifinə şərhlər

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanda yeni qanuna görə, elektrik enerjisi üçün aylıq sabit tarifin müəyyənləşəcəyinə cəmiyyətin münasibəti birmənalı deyil.

Hələlik, bu sabit tarifin hansı şərtlər altında tətbiq olunacağı rəsmi olaraq, açıqlanmır. Rəsmi məlumatda sabit tarif səviyyəsinin hər bir abonent üzrə aylıq 1 manatı aşmayacağı deyilir.

Bəzi sosial media istifadəçiləri sabit tarif məsələsini etriazla qarşılayıb.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Onlardan biri yazır: "Sayğacı abonent alır, layihə pulunu abonent verir, dövlət burda hansı haqla aylıq abunə haqqı istəyir? Samballı və savadlı vəkillərdən qabağa çıxıb bu qərarı ləğv etdirməsi lazımdır".

Azərbaycanın bölgələrində elektrik enerjisinin fasilələrlə verildiyini və verilən enerjinin də tələblərə cavab vermədiyini vurğulayan bir vətəndaş yazır.

"Rayon yerlərində elektrik cərəyanı 110 V-dan da aşağı olduğu üçün kondisioneri stabilizatorla da işə salmaq olmur. Yaxşı olardı, əvvəl sabit elektrik enerjisi verərdilər".

Bir sosial media istifadəçisi yazır: "Hər şeyi keyfiyyətə bağlayırlar, amma heç bir xeyri olmur. İnterneti də keyfiyyət dedilər, əksinə, keyfiyyət aşağı düşdü. Gediş haqqı artdı, nə dəyişdi axı avtobus və metroda? Heç nə".

Bəziləri isə hesab edirlər ki, Avropa ölkələrində də sabit tarif tətbiq olunur, burda qeyri-adi hal yoxdur. Bu şərhə şərhlə cavab verənlərdən biri isə yazıb.

"Bura Azərbaycandır. Nə əmək haqqımız Almaniyadakı kimi deyil, nə təhsilimiz, nə səhiyyəmiz. Niyə pul yığmağa gələndə inkişaf etmiş Avropa ölkəsi oluruq, pul verməyə gələndə inkişaf etməkdə olan Azərbaycan?"

Energetika nazirinin müavini Orxan Zeynalov iyulun 8-də bildirmişdi ki, elektrik enerjisi üçün sabit tarifin tətbiqi "istehlakçıların tarif yükünü uzunmüddətli vədədə cüzi də olsa azaldacaq".

"Bu, istehlak tarifinin tərkibindəydi, sadəcə strukturlaşdırılmış formada, sabit taarif formasında göstəriləcək", - o, yerli mediaya açıqlamasında deyib.

Azərbaycanda hazırda əhali elektrik enerjisinə uyğun limitlərə görə 3 tarif üzrə pul ödəyir.

Video açılmırsa, Youtube kanalımızda baxın.

Seçilən
37
bbc.com

1Mənbələr