UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) matçında hesab açılıb.
Far.Az-in məlumatına görə, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.
22:14
***22:19
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçına start verilib.
Far.Az-in məlumatına görə, matç Saloniki şəhərindəki "Kleantis Vikelidis" stadionunda keçirilir.
Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.