AZ

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş

 

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 1 avqust tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

9 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarının 15-ci kupon ödənişi nəticəsində investorlarına qazandırdığı gəlir 16 milyon 875 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dolar təşkil edəcək.)

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 76 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1430 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 44 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 noyabr tarixində baş tutacaq.

 

Seçilən
0
6
marja.az

7Mənbələr