ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə mümkün nüvə münaqişəsinə tam hazır olduğunu bildirib.
“Fox News” telekanalına verdiyi müsahibədə Tramp, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin nüvə silahı ilə bağlı son bəyanatlarına toxunaraq, Vaşinqtonun hərbi hazırlıq vəziyyətində olduğunu deyib.
“Medvedev nüvə silahından danışmağa başladı. Nüvə silahı məsələsində hazır olmalıyıq. Biz isə tam hazırıq,” – deyə Tramp qeyd edib.
ABŞ lideri, Medvedevin açıqlamalarına cavab olaraq, iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsi barədə əmr verdiyini də əlavə edib.
Hazırda Rusiya tərəfi məsələ ilə bağlı şərh verməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta