Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz-Naxçıvan"ın "Omoniya" (Kipr) ilə keçiriləcək oyunun hakimləri açıqlanıb.
Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 7-də Bakıda keçiriləcək ilk görüşü çexiyalılar idarə edəcək.
Matçın baş hakimi Ondrey Berka olacaq. Ona yan xətdə Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək
.VAR-da Tomas Koçurek, AVAR-da Miroslav Zelinka əyləşəcək.