ABŞ prezidenti Donald Tramp bu həftənin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol
Paşinyanı Ağ Evdə qəbul etməyə hazırlaşır.
Referans xəbər verir ki, bu barədə məlumatı jurnalist Aleks Raufoglu yayıb. Onun sözlərinə görə, Vaşinqtonda keçiriləcək
görüşdə tərəflər sülhə nail olmaq niyyətlərini rəsmi şəkildə bəyan edə bilər.
“Mənbələrin bildirdiyinə görə, Tramp cümə günü Ağ Evdə Əliyev və Paşinyanı qəbul etməyə hazırlaşır”, – deyə jurnalist “X” sosial
şəbəkəsində yazıb.
Qeyd edək ki, bu, İrəvan və Bakı arasında müharibədən sonrakı ən mühüm diplomatik addım ola bilər./Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta