Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, əcnəbi əsasən qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.
Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.
Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zamanında zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.