AZ

"Qarabağ" çox keyfiyyətli rəqibdir" - "Şkendiya"nın baş məşqçisi

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda sabah "Qarabağ"la qarşılaşacaq "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri oyunla bağlı danışıb.

QOL.az xəbər verir ki, o, matç üçün təşkil edilən mətbuat konfransında Ağdam klubunun ciddi rəqib olduğunu bildirib:

"Rəqibin adından asılı olmayaraq, əlimizdən gələni etməliyik, ən yaxşı oyunumuzu oynamalıyıq. “Qarabağ” çox keyfiyyətli, son 12 ildə 11 dəfə ölkəsinin çempionu olmuş klubdur. Rəqibin çox təcrübəli baş məşqçisi var. Bizim də öz hesablamalarımız, planlarımız möcuddur. Rəqibimizə hörmət edirik, amma özümüzə də hörmət etməliyik. Bununla belə, yalnız ən ciddi yanaşma ilə ilk görüşdə sərfəli nəticə əldə edə bilərik. Düşünürəm ki, qalib Bakıdakı cavab oyunda müəyyənləşəcək".

J.Beqiri 2-ci mərhələdə mübarizədən kənarlaşdırdıqları FCSB (Rumıniya) ilə "Qarabağ"ı belə müqayisə edib: "Hər rəqibin öz çəkisi var, FCSB daha imkanlı klubdur, amma "Qarabağ"a da çox sərmayə qoyulur. Futbol elə idman növüdür ki, möhkəm dayana bilsək, maksimum mübarizə aparsaq, “Qarabağ”la bu duellərdən qalib kimi çıxa bilərik”.

Qeyd edək ki, sabah keçiriləcək "Şkendiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
20
21
teleqraf.com

10Mənbələr