AZ

Azərbaycanda çox sayda hərbçi MİNAYA DÜŞDÜ

Yazını böyüt
Yazını kiçilt

Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Hafta.az xəbər verir ki, rayonun Vəng kəndi ərazisində "Ural" markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir.

Faktla bağlı araşdırma aparılır. /unikal/

Seçilən
14
11
hafta.az

10Mənbələr