AZ

Kəlbəcərdə 5 hərbçi minaya DÜŞDÜ

Xəbər verdiyimiz kimi, ötən gün Kəlbəcərin Vəng kəndi ərazisində mina partlayıb.
NOCOMMENT.az bildirir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Hadisə zamanı “Ural”markalı avtomobil tank əleyhinə minaya düşüb. “Unikal” bildirir ki, bu zaman avtomobildə olanlar – 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər.
Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Qeyd edək ki, minaya düşən “Ural” markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
38
3
nocomment.az

10Mənbələr