AZ

bp Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclərini 4 milyon dollar artırıb

Bakı. Trend:

Bu ilin birinci yarısında bp və onun tərəfdaşları Cənubi QafqazBoru Kəməri (CQBK) əməliyyat xərcləri təqribən 36 milyon dollar,əsaslı xərclər isə təxminən 12 milyon dollar olub.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə müvafiq olaraq 1,3 milyon dollar (3,5%) az, 4 milyondollar (50%) çoxdur.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib vəAzərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CənubiQafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isəkommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci iliniyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cari ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik ortaötürücülük gücü 62,4 milyon kubmetr olub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarlarıbunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL(19,99%), TPAO (19,00%), NİKO (10,00%).

Seçilən
142
50
az.trend.az

10Mənbələr