AZ

Uitkoff Rusiya Prezidenti ilə görüş barədə Ukrayna və Avropanı məlumatlandıracaq

BAKI, 8 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi təmsilçisi Stiv Uitkoff Ukraynanı v Avropanı ölkələrini Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələri barədə məlumatlandıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Qeyd edək ki, bu məqsədlə S.Uitkoff xüsusi onlayn-brifinq keçirəcək.

Brifinqdə Vladimir Putinlə görüş barədə Ukrayna və Avropa ölkələrinin səlahiyyətlilərinə məlumat verəcək. Kiyevlə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Finlandiya rəsmiləri də onlayn görüşdə iştirak edəcəklər.

Seçilən
40
4
teleqraf.com

6Mənbələr