AZ

Avqustun 8-də Yer kürəsində son ayların ən güclü maqnit qasırğası gözlənilir

Avqustun

Yer kürəsində son 2 ayın ən güclü maqnit qasırğası gözlənilir. O, avqustun 8-də başlayacaq.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, avqustun 5-də Günəşdə sondan əvvəlki güc sinfinə (M4,4) məxsus partlayış olub. Eyni zamanda plazma emissiyası baş verib, lakin bulud planetimizə doğru deyil, təxminən 45 dərəcə bucaq altında yana doğru yönəlib. Alimlər bu hadisənin planetimiz üçün təhlükə yaratmadığı qənaətinə gəliblər. Bununla belə, yenilənmiş məlumatlara görə, Yer üçün geomaqnit nəticələri gözləniləndən qat-qat güclü olacaq.

Belə ki, Yer buludun yüksəksürətli nüvəsindən təsirlənəcək. Bunun nəticəsində maqnit sahəsinə güclü zərbə dəyəcək.

Proqnozlara görə, Kp geomaqnit indeksi (geomaqnit aktivliyini xarakterizə edən göstərici) 6-ya yüksələcək. Bu, iyunun 13-dən bəri müşahidə olunmayıb.

Belə miqyaslı hadisələr güc baxımından orta hesab olunur. Lakin onlar enerji sistemlərinə, kosmik aparatların işinə və radio dalğalarının yayılmasına təsir göstərə bilir.

Geomaqnit vəziyyətinin pisləşməsi cümə gecəsi Yerin böyük tac dəliyinin təsir zonasına daxil olduğu vaxt başlayacaq. Ümumilikdə, Günəşdəki vəziyyət mürəkkəb kimi qiymətləndirilir - cəmi bir gündə avqustun 6-da 18 partlayış baş verib.

Seçilən
32
10
xalqcebhesi.az

10Mənbələr