AZ

Azərbaycanın"SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük".

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında etdiyi paylaşımda bildirib.

"Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik.

"SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, #süniintellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik", - nazir qeyd edib.

Seçilən
0
19
operativmedia.az

10Mənbələr