AZ

Deflimpiya üzrə Azərbaycan millisinin məşqçi heyətinin təqdimatı baş tutub

Azərbaycan Taekvondo Federasiyası tərəfindən deflimpiya üzrə taekvondo milli komandasının məşqçi heyətinin təqdimatı keçirilib.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Tədbirdə ATF-in baş katibi Aygül Abdullayeva tərəfindən Elmir Fərəcov komandanın baş məşqçisi, Rauf Rəhimov isə böyük məşqçi kimi rəsmi şəkildə idmançılara təqdim olunub.

Görüşdən sonra deflimpiya üzrə milli komandanın ilk rəsmi məşqi keçirilib. Yeni məşqçi heyətinin rəhbərliyi ilə keçirilən hazırlıq prosesi komandada böyük ruh yüksəkliyi yaradıb.

Qeyd edək ki, bu təyinatlar deflimpiya yığmasının qarşıdakı beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə hazırlaşmasına xidmət edəcək.

Komandamıza və yeni məşqçi heyətinə uğurlar arzulayırıq!

Seçilən
19
3
report.az

7Mənbələr