AZ

Paytaxtda motosiklet və skuter oğurlayan 6 nəfər saxlanılıb

Bakının Nizami rayonunda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

Bundan başqa, vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan daha 4 şəxs də tutulub.

Faktlarla bağlı araşdırma aparılır.
Seçilən
57
26
7news.az

10Mənbələr