AZ

TƏCİLİ! Azərbaycanda şagirdlər 12 il təhsil ALACAQLAR?

Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı mütəmadi olaraq müzakirələr gedir. Bu istiqamətdə müxtəlif fikirlərin olmasına baxmayaraq hələlik rəsmi bir xəbər yoxdur. Hazırda 190-a qədər ölkədə 12 illik təhsil sistemi tətbiq olunur. Azərbaycanda şagirdlərin 12 illik təhsil alması nə dərəcədə real görünür? 12 illik təhsil sisteminin ümumi təhsildə effektivliyi nədən ibarətdir?




Mövzuyla bağlı Təhsil eksperti Elçin Süleymanov REFERANS-ın suallarını cavablandırıb.  Elçin Süleymanov bildirib ki, demək olar dünyanın və Avropa İttifaqının əksər ölkələrində təhsil 12 ildir və bu 12 ildə üç mərhələni yəni ibtidai təhsil, ümumi təhsil və tam orta təhsili əhatə edir. Bir çox ölkələrdə ibtidai təhsil 1-5 -ci sinifləri, ümumi təhsil 6-9 -cu sinifləri və tam orta təhsil 10-11-12 ci sinifləri əhatə edir. Bəzi ölkələrdə isə ibtidai təhsil 1-4 -cü sinifləri əhatə edir, tam orta təhsil isə 10-11-12 -ci siniflərdir. Bu ibtidai təhsilin daha erkən başlaması və tam orta təhsilin bir il tez bitməsi müxtəlif faktorlardan asılıdır. Bəzi ölkələrdə təhsilin bir il tez başlaması tətbiq olunur. Bu 12 ilin xüsusilə son hissəsi Almaniya və bu kimi ölkələrdə şagirdlərə bir il ixtisas öyrətmədir və peşə bacarıqlarına yiyələnmək üçündür. Məsələn elektrik, tibb bacısı kimi sahələrə yiyələnmək. Bu bacarıqlarla isə şagird sonda özünə iş tapa bilir.


Daha sonra müsahibimiz qeyd edib ki, bu istiqamətdə isə Azərbaycanda 12 illik təhsilə keçirilməsi nəzərdə tutulub. Sadəcə bunun reallaşması üçün məktəbəqədər təhsili bu prosesə əlavə etmək hədəflənir.


Ekspert düşünür ki, hər iki istiqamətdə yəni məktəbəqədər təhsildən məktəbə keçid və eyni zamanda tam orta təhsil prosesinin daha keyfiyyətli olması faydalı olar. Burada da hamımıza məlumdur ki, şagirdlər tam orta təhsil mərhələsində daha çox universtetə hazırlaşır və burada məktəblə yanaşı repititora da vaxt ayırırlar. Bu məsələlərə görə də tam orta təhsilə nəzarət artırılmalı və təhsil mərhələsində şagirdlərə peşə bacarıqları öyrədilməlidir. Çünki 12 illik təhsil sistemi olan bir çox ölkələrdə ali təhsilə heçbir test imtahanı verməyərək keçirlər. Lisey və orta məktəb göstəriciləri əsasında keçirlər.


"Bir başqa nüans odur ki, burada təhsil müddətinin təhsilin keyfiyyəti ilə bir başqa bağı yoxdur. Təhsilin daha keyfiyyətli və ciddi bir proseslə keçirilməsi və qeyd edildiyi kimi kurikulumların yenilənməsi müəyyən istiqamətdə təhsilin daha yaxşı keçirilməsinə təsir edə bilər. Məktəbəqədər hazırlıqlarının sayının artırılmasındada müəyyən qədər uşaq bu mərhələdən keçir. Azərbaycanda beynəlxalq məktəblər vardır ki, bu məktəblərdə 12 ildir təhsil. Bu təhsil sistemində də bəzən şagirdlər üçün müəyyən problemlər olur. Məsələn hərbi xidmətə çağırış zamanı və.s. Bunun əsasında düşünürəm ki, tam orta təhsil məcburi deyil, seçim əsasında keçirilməsi daha faydalı olar",-deyə Elçin Süleymanov əlavə edib.


Ləman Xalıqova

Referans.az  

Seçilən
130
44
referans.az

10Mənbələr