Binəqədi rayonunda oğurluq edən şəxs SAXLANILIB
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birindən 4800 dollar, 600 avro pul, 5 ədəd qol saatı və qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Daha sonra həmin şəxs evdə yanğın törədərək hadisə yerindən qaçıb.