AZ

Türkiyə rəsmisi: Əliyev və Paşinyanın imzaladığı memorandum sülh üçün mühüm addımdır

Azərbaycan və Ermənistan iki ölkə arasında sülhün bərqərar olması üçün ortaq deklarasiya imzalayıb.

Operativ  Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial media hesabında paylaşım edib.

O, Azərbaycan ilə Ermənistan arasında imzalanan sülh deklarasiyasını məmnuniyyətlə qarşıladığını bildirib.

Duran paylaşımında qeyd edib:

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə imzaladıqları memorandum Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm mərhələdir və biz bu təşəbbüsü məmnuniyyətlə qarşılayırıq.”

O, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın kritik dövrlərdə Azərbaycana verdiyi strateji dəstəyə diqqət çəkərək əlavə edib:

“Prezidentimizin apardığı diplomatiya Azərbaycan və Ermənistan arasında mühüm rol oynayıb. Türkiyə-Azərbaycan həmrəyliyinin ən bariz nümunəsi olan İkinci Qarabağ Müharibəsindən sonra sülh üçün yaranan imkan pəncərəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın regional diplomatiyası sayəsində Azərbaycan və Ermənistan arasında dialoqu gücləndirib və bugünkü nəticələrə gətirib çıxarıb".

Seçilən
37
50
operativmedia.az

10Mənbələr