Yeni mövsümə hazırlaşan “Sumqayıt” növbəti transferini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Masaki Murata yenidən komandanın şərəfini qoruyacaq.
Yaponiyalı futbolçu 2023/2024 mövsümündə 35 oyunda "Sumqayıt"ın formasını geyinib. Murata ilə 1 illik müqavilə imzalanıb.
25 yaşlı yarrımmüdafiəçi son mövsümü "Veyle"də (Danimarka) keçirib.