AZ

Silahlı atışmada 6 nəfər yaralanıb

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində baş verən atışma nəticəsində biri beş yaşlı uşaq olmaqla 6 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Avtosfer.az xəbər verir ki, bu haqda CBS kanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Polis Baltimorda atışma ilə bağlı araşdırma aparır. Altı nəfər yaralanıb. Onlardan biri beş yaşlı uşaq”, – məlumatda deyilir.

Beş yaşlı qızın qolundan yaralandığı və ciddi xəsarət almadığı qeyd edilir. Bir nəfərin vəziyyəti ağırdır.

Atəşin kim tərəfindən açıldığı barədə hələlik məlumat yoxdur.

Seçilən
31
50
avtosfer.az

10Mənbələr