AZ

Trampın xüsusi elçisinin qızı onun Ukrayna savaşı bağlı siyasətini kəskin tənqid etdi...

Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatları prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi general Keyt Kelloqun qızı D.Trampın Meqan Mobs müharibənin bitməsinin mümkün ssenariləri ilə bağlı son açıqlamaları ilə bağlı danışıb.

Hafta.az xəbər verir ki, bu haqda “UNİAN” məlumat yayıb.

"Prezident Trampın Çörçill və Çemberlen yollarının ayrıcında olduğu getdikcə aydınlaşır. Başqa ölkənin suverenliyini sabitlik illüziyası ilə əvəz edə bilməzsiniz", - deyə o, "X" sosial şəbəkəsində vurğulayıb.

Mobs onu da əlavə edib ki, Amerika liderinin seçimi təkcə Ukraynanın taleyini deyil, həm də ABŞ-ın və azad dünyanın gələcək təhlükəsizliyini müəyyən edəcək.

Xatırladılır ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun Rusiyaya səfərindən sonra Qərb mətbuatında Ukraynada müharibəyə son qoymağın mümkün yolları ilə bağlı bir sıra materiallar yayılıb. Nəşrlərdən biri ABŞ-ın cəbhə xəttinin dondurulması müqabilində Rusiyaya Donbası təklif etdiyini yazıb.

Daha sonra bildirilib ki, avqustun 15-də ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya diktatoru Vladimir Putinlə şəxsi görüş keçirəcək. "Vaşinqton-Post" nəşro güman edir ki, görüşdə Ukraynadan ərazi güzəştləri də daxil ola biləcək sülh sazişinin şərtləri də müzakirə olunacaq.

"WSJ" isə xəbər verir ki, bu arada Avropa və Ukrayna ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə görüşdə “qırmızı xətlər”lə sülh planı irəli sürüblər. Qeyd olunur ki, bu, Putin və Tramp arasında danışıqlar üçün əsas olmalı idi. Avropa Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissələrinin atəşkəslə dəyişdirilməsi təklifini rədd edib.

Seçilən
13
15
hafta.az

10Mənbələr