AZ

Joan Qamper Kuboku: "Barselona" "Komo" ilə üz-üzə

Hər il mövsümöncəsi təşkil olunan Joan Qamper Kubokunda "Barselona" İtaliyanın "Komo" klubu ilə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, bu gün baş tutacaq matç Barselonada, Yohan Kroyff adına stadionda keçiriləcək.

Ötən mövsüm "Komo" A Seriyasını 10-cu pillədə başa vurub.

Joan Qamper Kuboku
10 avqust
Saat 23:00

"Barselona" (İspaniya) - "Komo" (İtaliya)

Qeyd edək ki, Joan Qamper katalon klubunun yaradıcısıdır. Turnir 1966-cı ildən bəri keçirilir. Bu il turnir 60-cı dəfə keçiriləcək. “Blauqrana” bu kuboku 46 dəfə qazanıb. Turnirin son qalibi “Monako” olub. Fransızlar ötən il "Barselona"nı 3:0 hesabı ilə məğlub ediblər.

İdman.biz

Seçilən
83
9
idman.biz

10Mənbələr