AZ

ABŞ vitse-prezidenti: “Putin-Zelenski görüşü Tramp sammitindən əvvəl düzgün olmaz”

Musavat.com xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində Rusiya və Ukrayna liderlərinin mümkün görüşü ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Putinlə Zelenski arasında birbaşa görüşün keçirilməsi məsələsi üzərində iş gedir, lakin bu, ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl baş tutmamalıdır.

"Biz belə bir görüşün təşkil olunması üçün çalışırıq, amma hesab edirəm ki, Putinlə Zelenskiyi Tramp sammitindən əvvəl görüşdürmək doğru olmaz. Bu mövzu, ilk növbədə, prezident Trampın siyasi gündəliyində yer almalıdır", - deyə Vens bildirib.

Vitse-prezident vurğulayıb ki, Vaşinqton müharibənin sona çatdırılması üçün bütün tərəflərlə dialoq aparır. O, eyni zamanda qeyd edib ki, hər iki tərəfi - həm Moskvanı, həm də Kiyevi tam qane edəcək sülh razılaşmasının əldə edilməsi çətin görünür, lakin kompromis axtarışından imtina edilməyəcək.

ABŞ administrasiyası daha əvvəl bəyan edib ki, Tramp-Putin görüşünün mümkün formatı Alaskada planlaşdırılır. Ağ Ev həmçinin, Zelenski və Putinin bir araya gətirilməsi məsələsində açıq mövqe sərgiləyib, amma bu prosesin rəhbərliyi və vaxtını müəyyən etmək səlahiyyətinin yalnız Donald Trampa məxsus olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
51
50
olaylar.az

10Mənbələr