AZ

"Barselona"nın İspaniya çempionatındakı oyunu ABŞ-də keçirilə bilər

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının “Barselona” – “Vilyarreal”oyunu ABŞ-da keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə "The Athletic" portalı xəbərverib.

Məlumata əsasən, görüşün Florida ştatının Mayami şəhərindəkeçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, İspaniya Kral Futbol Federasiyası bazar ertəsibu təklifi müzakirə edəcək, lakin təşkilat bunu təsdiqləsə,Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa FutbolAssosiasiyaları İttifaqından (UEFA) icazə almaq lazım olacaq.

17-ci turun qarşılaşmasının dekabrın 20-21-də “Vilyarreal”ındoğma meydanında keçirilməsi nəzərdə tutulub.

Seçilən
46
9
az.trend.az

10Mənbələr