İspaniya La Liqasının 17-ci turunda keçiriləcək “Vilyarreal” və “Barselona” qarşılaşmasının Amerika Birləşmiş Ştatlarında keçirilə bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyun 20 dekabr tarixində Mayamidə yerləşən “Hard Rock Stadionu”nda oynanılacaq. Lakin bu təşəbbüs FIFA və UEFA-nın təsdiqini gözləyir.
İspaniya Futbol Federasiyası artıq müvafiq qurumlara rəsmi müraciət göndərərək, bu addım üçün icazə almaq istəyir.