AZ

“Barselona”nın La Liqa oyunu Mayamidə keçiriləcək?

La Liqa çərçivəsində keçirilməli olan - “Vilyarreal” - “Barselona” matçı ABŞ-də baş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Atletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, La Liqa bu qarşılaşmanın Mayamidəki “Hard Rock Stadium” arenasına keçirilməsi ilə bağlı ilkin danışıqlar aparıb.

Gözlənilir ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) bu həftə oyunun ABŞ-də keçirilməsi imkanını müzakirə edəcək və razılıq olduğu halda, UEFA və FİFA-ya müraciət edərək oyun təqvimində dəyişiklik üçün icazə prosedurunun başladılmasını xahiş edəcək.

Bunun üçün, həmçinin ABŞ Futbol Federasiyası və KONKAKAF-ın icazəsi də tələb olunacaq.

Seçilən
8
9
publika.az

10Mənbələr